ABŞ-ın İrana embarqosu uğur qazanmayacaq - Caqaryan
19.05.2020
ABŞ administrasiyasının İrana qarşı silah embarqosunu uzatmaq cəhdləri çətin ki, uğur qazansın.
Bunu TASS agentliyinə müsahibəsində Rusiyanın İrandakı səfiri Levan Caqaryan deyib.
"Silah embarqosu oktyabrın 18-də bitməlidir. Düşünürəm ki, amerikalıların bunu uzatmaq cəhdləri uğur qazanmayacaq. ABŞ-ın özü ən kobud formada beynəlxalq hüququ pozaraq, öz öhdəliklərini icra etməyib. İndi isə onlar digər dövlətləri də bu yolla getməyə məcbur etməyə cəhd edirlər”, – deyə o bildirib.