Zeynəb xanımın ölüm xəbərini o şəxs yayıb
19.05.2020
Xalq artisti Zeynəb Xanlarovanın ölməsi ilə bağlı məlumatların artıq yalan olduğunu hamı bilir.
Bunu açıqlamasında Zeynəb Xanlarovanın qohumu, əməkdar artist Mehriban Xanlarova deyib. O bildirib ki, Z.Xanlarova Bakıda ailəsinin yanındadır:
"Bu məlumatı xaricdə yaşayan Orxan adlı şəxs yayıb. Kişi olan kəs belə bir şayiə yaymaz. Zeynəb xanımla danışmışıq, evində - ailəsinin yanındadır və səhhəti qaydasındadır. Allah ona uzun ömür versin, düşmənlərinin də gözü çıxsın! Allah o məlumatı yayan insanın cəzasını versin!”
Qeyd edək ki, ötən gecə xalq artisti Zeynəb Xanlarovanın vəfat etməsi ilə bağlı yalan məlumat yayılıb və bu, ciddi narazılığa səbəb olub.