Erməni milyarder kilsəyə 6 min kitab verdi
19.05.2020
Rusiyalı erməni milyarder Samvel Karapetyanın "Taşir” xeyriyyə fondu Erməni Apostol Kilsəsinə 6 min kitab hədiyyə edib.
Bu məlumat fondun saytında yer alıb. Kitabların yaxın zamanlarda ictimaiyyət üçün əlçatan olacağı bildirilib. Təqdim olunan kitabların içərisində ermənişünaslıq, tarixşünaslıq, tarix haqqında vacib əsərlərin olduğu vurğulanıb.
Qeyd edək ki, Karapetyan erməni diasporunun ən zəngin nümayəndələrindən biri sayılır. O, həmçinin, Erməni Apostol Kilsəsinin də əsas hamilərindən və maliyyəçilərindən hesab edilir.