Qaydalara əməl etmədilər, TUTULDULAR
18.05.2020
İstanbul Beyoğundakı komendant saatı qaydalarını pozan 13 dostdan ibarət qrup polis tərəfindən tutuldu. Birlikdə gəzən və sosial məsafə qaydalarına məhəl qoymayan insanların yalnız birinin maska taxdığı görüldü. Karantin qadağalarından imtina edənlər hər biri 3150 lirədən cərimə olundu.
Komendant saatı qaydalarını pozan və sosial məsafələr qaydasına əməl etməyən insanlardan yalnız birinin maska taxdığı müşahidə edilib. 13 nəfər Beyoğlu Təhlükəsizlik Bürosu tərəfindən dayandırılıb və sorğu edilib.
Hər biri 3 min 150 lirədən pul cəzası alan gənclər ayrı-ayrı fərqli istiqamətlərə göndərilib.