Son üç gündə 1720 nəfər cərimə
18.05.2020
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi son üç gündə xüsusi karantin rejimini pozan şəxslərin sayını açıqlayıb.
İdarədən bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə, mayın 15-i saat 00:00-dan 18-i saat 00:00-dək olan müddətdə respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1720 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub.