Rusiya hərbi xərclərini artırdı
18.05.2020
Rusiya hakimiyyəti ordu və digər güc strukturları üçün xərclərini artırır.
Bu məlumatı "Finanz.ru” saytı yayıb. Məlumata görə, yanvardan aprelə qədərki müddət ərzində ordunun maliyyələşməsi 4,3% və ya 35,4 milyard rubl artıb. Ümumilikdə ordu xərcləri ilk dörd ay ərzində 1,15 trilyon rubla yüksəlib.
Bununla bərabər nüvə-silah kompleksi üçün xərclər 23%, yeni silahların hazırlanması üçün xərclər isə 12,3% yüksəlib.