Peyğəmbəri təhqir elədi, HƏBS EDİLDİ
17.05.2020
Türkiyənin Baş Təhlükəsizlik İdarəsi Antalyada əməliyat həyata keçirib.
Tvitterdə dini dəyərləri aşağılaması ittihaml ilə F.E həbs edilib.
Baş Təhlükəsizlik İdarəsinin hadisə ilə bağlı yaydığı yazılı açıqlamada F.E-nin öz Tvitter hesabında dini dəyərləri aşağılayan, xalqın bir kəsimini diğər kəsimi əleyhinə kin və düşmənçiliyə təhrik edən fikirlər yaydığı bildirilir.
Məsələ ilə bağlı Antalya Respublika Prokurorluğu da açıqlama yayıb. Prokurorluq həmin şəxs haqqında araşdırma başlandığını bildirib.
Qeyd edək ki, F.E-nin öz paylaşımlarında Məhəmməd peyğəmbər və islam dininə həqarət etdiyi bildirilir.