Antalyada anormal istilər olub
17.05.2020
Bu gün Türkiyənin Antalya şəhərində havanın temperaturu 38,8 dərəcəyədək yüksəlib. May ayı üçün anormal istilər şəhərdə havanın temperaturunun ölçülməyə başladığı 1929-cu ildən indiyədək ilk dəfə müşahidə olunub.
DM xəbər verir ki, şəhərdə bu günədək ən isti hava 1945-ci il mayın 26-da (38,7 dərəcə) qeydə alınıb.
Mütəxəssislər anormal hava şəraiti ilə bağlı vətəndaşları xəbərdar ediblər.
Xatırladaq ki, Türkiyə ərazisində Şimali Afrikadan gələn isti hava kütləsinin təsiri ilə havanın temperaturunun yüksəlməsi gözlənilirdi.