Sinoptiklər xəbərdarlıq edirlər...
17.05.2020
Bakıda və Abşeron yarımadasında mayın 18-də cənub-qərb küləyinin əsəcəyi, axşam şimal-qərb küləyinə keçəcəyi, sürətinin saniyədə 15-18 metr olacağı, arabir 20-25 metrədək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, mayın 18-19-da gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək. Mayın 18-də bəzi rayonlarda qərb küləyinin sürətinin 15-20 metr olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 metrədək güclənəcəyi proqnozlaşdırılır.