Kralın yeznəsi HƏBS edildi - KORRUPSİYA
13.06.2018
İspaniya kralı VI Felipenin bacısı infanta Kristinanın həyat yoldaşı İnyaki Urdanqarini 5 il 10 ay müddətə həbs cəzasına məhkum edilib.
RİA "Novosti" xəbər verir ki, bu barədə İspaniya Ali Məhkəməsi qərar çıxarıb.
İ.Urdanqarin israfçılıqda, xidməti vəzifəsindən şəxsi məqsədləri üçün istifadə etməkdə, fırıldaqçılıqda, vergidən yayınmada təqsirkar bilinib.