21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Müavinətlər yeni qanunvericiliyə əsasən ödənilib

16.05.2020

Prezident İlham Əliyevin ötən il dekabrın 16-da təsdiqlədiyi Qanunla 2020-ci ilin əvvəlindən yaşa görə müavinət yaşının pensiya yaşı ilə eyniləşdirilməsi sosial təminat sisteminin əhatə dairəsinin daha da genişlənməsinə imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən  2020-ci ilin əvvəlinədək və cari ilin ötən dövründə pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan 11 min 200 şəxsə yeni qanunvericilik əsasında bu il yaşa görə müavinət təyin olunub.

Beləliklə, həmin vətəndaşlar yaşa görə müavinət hüququ qazanmaq üçün əvvəlki qanunvericilikdə nəzərdə tutulan yaş hədlərinə (qadınlar üçün 62, kişilər üçün 67 yaş) çatmalarını gözləmədən onlara aylıq sosial ödəniş təyin olunub.

Ümumilikdə, bu il mayın 1-nə olan məlumata əsasən, ötən ilin müvafiq dövrünə nisbətən 33 min 500 nəfər və ya 55,4 faiz çox olmaqla 94 mindən çox şəxs yaşa görə müavinət alır.