Moldovada ölü sayı 204-ə çatıb
16.05.2020
Moldovada koronavirus infeksiyasından ölənlərin sayı 204 nəfərə çatıb.
Moldova Səhiyyə Nazirliyi xəbər verir ki, ölkədə bu virusa yoluxanların sayı 5745-dir. 231 nəfərin vəziyyəti ağır, 507 nəfərin isə orta ağır qiymətləndirilir. 2344 nəfər isə tam sağalaraq evə buraxılıb.
Ümumilikdə Moldovada koronavirusla bağlı 25 mindən artıq test həyata keçirilib.