“Qarabağ”ın sabiq qapıçısı koronavirusa yoluxub
16.05.2020
Ağdamın "Qarabağ” futbol klubunun sabiq qapıçısı İbrahim Şehiç koronavirusa yoluxub.
Hazırda "Erzurumspor” klubunda oynayan futbolçunun testinin cavabı onun koronavirusa yoluxduğunu təsdiqləyib.
Qeyd edək ki, İ.Şehiç Loris Kariusun gedişindən sonra qapıçı axtarışlarını davam etdirən "Beşiktaş”ın transfer siyahısında yer alır.