Keçmiş icra başçısının evində İNTİHAR
16.05.2020
Göyçay rayonunda intihar hadisəsi baş verib.
Dövran Media Report-a istinadən xəbər verir ki, 68 yaşlı Cəfər Cəfərov gözətçi işlədiyi evdə özünə tüfənglə atəş açaraq intihar edib.
Araşdırmalar zamanı evin Ucar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı (2005-2010-cu illər) Arzu Qafurova məxsus olduğu müəyyənləşib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.