Gürcüstan fövqəladə vəziyyəti ləğv edir
15.05.2020
Gürcüstan fövqəladə vəziyyəti mayın 22-də ləğv edəcək.
Bunu Gürcüstan Baş naziri Georgi Qaxariya deyib. O, hökumətin fövqəladə vəziyyətin uzadılması üçün prezidentə müraciət etməyəcəyini bildirib.
Qeyd edək ki, Gürcüstan fövqəladə vəziyyət martın 21-dən tətbiq edilir.