PKK-ya sərt mesaj: Bədəli ağır olacaq!
15.05.2020
PKK-nın xain hücumu, terror təşkilatının pərdələr arxasında gizlətdiyi mənfur simasını bir daha üzə çıxartdı.
bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter hesabında bildirib.
Prezident qeyd edib ki, terrorçulara və onların dəstəkçilərinə qarşı sonuna qədər mübarizə aparacağıq:
"Əvvəllər də olduğu kimi, hücumun bədəli bu alçaqlara ağır şəkildə ödəniləcək”.
Qeyd edək ki, ötən gün Türkiyənin Van şəhərində PKK silahlıları "Vəfa” sosial dəstək qrupu əməkdaşlarını aparan avtomobilə hücum edib. Hücum zamanı 2 nəfər həlak olub.