Bu ölkədə korona bitdi - RƏSMİ
15.05.2020
Sloveniya hökuməti ölkədə yeni tip koronavirusun bitdiyini elan edib.
Buna baxmayaraq, ölkədə müəyyən məhdudiyyətlər mayın 31-nə kimi qalmaqda davam edəcək.
Məlumata görə, ilk mərhələdə Avropa Birliyi (AB) ölkələri ilə sərhədlər açılacaq. Ölkəyə gələn əcnəbilər sərhəddə quraşdırılan nəzarət nöqtələrində yoxlanılacaq.
Üçüncü ölkələrdən gələn üçün 14 günlük karantin müddəti davam etdiriləcək.
Qeyd edək ki, Sloveniyada ümumilikdə 1464 nəfər pandemiyaya yoluxub, 103 nəfər ölüb.