“Dədə Qorqud” tankeri təmir olundu
15.05.2020
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nəqliyyat Donanmasına məxsus "Dədə Qorqud” tankeri təmir olunub. QSCdən "APA-Economics”ə verilən məlumata görə, "Zığ” gəmi təmiri və tikintisi zavodunda aparılan təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri, əsas göyərtəsi tam təmizlənərək rənglənib. Baş və köməkçi mühərrikləri təmir olunub.
Bundan başqa, gəmi üzrə boru, elektrik quraşdırma və avtomatika işləri də həyata keçirilib. Heyətin yaşayış otaqlarında və yeməkxanasında da təmir aparılıb.
Təmirdən sonra tanker dəniz sınağından uğurla keçib və istismara qaytarılıb.
"Dədə Qorqud” tankerin uzunluğu 149,9, eni 17,3 metr, yükgötürmə qabiliyyəti 13 min tondur. Tanker eyni vaxtda bir neçə növ neft və neft məhsulları daşımaq üçün nəzərdə tutulub.