Dünya Bankının ölkəmizdəki nümayəndəsi GEDİR
15.05.2020
Dünya Bankının Azərbaycandakı nümayəndəsi Navid Naqvinin ölkəmizdəki səlahiyyət müddəti başa çatır.
Bunu ABC.az-a açıqlamasında N.Naqvinin özü deyib.
Onun sözlərinə görə, rəsmi olaraq iyunun sonunda Azərbaycandakı səlahiyyət müddəti başa çatacaq.
Qeyd edək ki, Navid Naqvi Azərbaycanda 2016-cı il iyulun 1-dən çalışırdı.