İtaliyadan xəbərdarlıq: AB-ni tərk edəcəyik
15.05.2020
Əgər turizmlə bağlı yaşıl dəhlizlər barədə təşəbbüs qüvvəyə minsə, İtaliya Avropa Birliyini tərk edəcək.
Bunu İtaliya Baş naziri Cüzeppe Konte deyib.
"Biz Avropa Birliyində turistlər üçün imtiyazlı yolların yaradılması barədə razılaşmanı qəbul etməyəcəyik. Əks halda biz AB-ni tərk edəcəyik. Bu dəhlizlər AB-nin vahid bazarının məhvi deməkdir”, – deyə o bildirib.
Qeyd edək ki, bu plana əsasən, koronavirusun az olduğu AB ölkələrində turizmin digərlərindən daha tez bərpa etdirilməsi nəzərdə tutulur.