İrandan Kim Çenə XƏBƏRDARLIQ
13.06.2018
ABŞ Prezidenti Donald Tramp İranla nüvə müqaviləsindən geri çəkildikdən sonra Şimali Koreya ilə də eyni addımı ata bilər.
"Dövran Media" xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Məhəmməd Baqir Nobat bildirib.
Nobat Trampın mürəkkəbi qurumamış müqavilədən geri çəkilə biləcəyini və Pxenyana ehtiyatlı olmağı tövsiyə edib:
"Koreya lideri nə tip bir şəxsiyyətlə müzakirə apardığını bilmir. Onun evə qayıdan kimi müqaviləni ləğv edəcəyi istisna deyil".