21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Karantin rejimi vaxtından tez bitə bilər - AÇIQLAMA

14.05.2020

Dünən koronavirusa yoluxanların sayı 104-dən 65-ə düşüb. Əgər koronavirusa yoluxanların sayı azalma dinamikası ilə davam etsə, karantin rejimi mayın 31-dən tez bitə bilərmi?
Bununla bağlı danışan deputat Aydın Mirzəzadə bildirib ki, karantinlə bağlı bütün qərarlar yoluxma dinamikasına görə müəyyən edilir:
"Azərbaycanın böyük ərazisində yeni yoluxma olmadığına görə karantin rejimi götürüldü. Hesab edirəm ki, atılan addımlar buna uyğun atılacaq. Bu məsələdə dövlətin atdığı addımlarla yanaşı sosial məsuliyyət məsələsi gündəmdə olmalıdır.
Ehtiyac olmadan çölə çıxılmasa, insanlar tərəfindən sosial məsafə saxlanılsa, qoruyucu tibbi maska, əlcəklərdən istifadə edərək gigiyenik qaydalara riayət etsək, koronavirusla bağlı elan olunmuş karantin rejimi gözləniləndən də tez bitə bilər.
Operativ Qərargahın verdiyi məlumatlara görə, bütün statistikalar araşdırılır, karantin rejiminin yumşaldılması və aradan qaldırılma məsələsi gündəmdədir. Düşünürəm ki, yoluxmaların sayı minimuma düşsə, ölkədə elan olunmuş karantin rejimi təyin olunan vaxtdan da tez bitə bilər".