İnsan alveri ilə bağlı sənəd Milli Məclisdə
14.05.2020
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub.
Hesabat parlamentin mayın 19-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Sənədi Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edəcək.