DTX-nin saxladığı deyilən məmur vəzifəsinə qayıtdı
14.05.2020
Mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanıldığı deyilən Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov yenidən vəzifəsinin icrasına başlayıb.
Dövran Media xəbər verir ki, idarədən Unikal.org-a verilən məlumata görə, hazırda Cəlil Məlikov vəzifəsinin başındadır.