Çindən ABŞ-a cavab: Sanksiyaya başlayır
14.05.2020
Çin hökuməti ABŞ-a məxsus təşkilatlara və bəzi rəsmi şəxslərə sanksiya tətbiq edə bilər.
Bu barədə "Qlobal Tayms” qəzeti məlumat yayıb.
Bildirilir ki, COVİD-19-la bağlı ABŞ-ın Çinə qarşı sanksiyalara hazırlaşması Pekin rəhbərliyini narahat edib.
"Mütəxəssislərin fikrinə əsasən, Çinin sanksiya siyahısına ən azı 4 konqres üzvü və 2 təşkilat daxil ediləcək”, - məlumatda bildirilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp respublikaçı senator Lindsi Qrehemin Çinə qarşı sanksiyaların tətbiqi üçün hazırladığı qanun layihəsini nəzərdən keçirməyi planlaşdırır.