Tramp Çinə qarşı yeni sanksiyalara hazırlaşır
14.05.2020
ABŞ Prezidenti Donald Tramp respublikaçı senator Lindsi Qremin Çinə qarşı sanksiyaların tətbiqi üçün hazırladığı qanun layihəsini nəzərdən keçirməyi planlaşdırır.
Bunu Tramp jurnalistlərə açıqlamasında deyib.
"Mən Lindsi Qremə hörmət edirəm və əlbəttə, mən qanun layihəsini nəzərdən keçirirəm. Mən hələlik onu görməmişəm”, – deyə o bildirib.