"Fiorentina" rəsmisi: "Virusu evimə mən gətirdim"
14.05.2020
İtaliyanın "Fiorentina" klubunun idman direktoru Daniele Prade ailə üzvlərini koronavirusa yoluxdurub.
"Report"un məlumatına görə, funksioner bu barədə "Sport.sky.it" saytına açıqlama verib. O, koronavirusun gizli virus olduğunu bildirib.
Prade təhlükəsizlik tədbirlərinə riayət etməyin və ünsiyyətdən qaçmağın vacib olduğunu söyləyib: "Virusu evimə gətirdim və həyat yoldaşım, qızım, nəvələrim, digər ailə üzvlərimə ötürdüm".
Qeyd edək ki, daha öncə "Fiorentina"nın bir neçə üzvündə koronavirus aşkarlanıb. Martın 11-də koronavirus pandemiyası səbəbindən dayandırılan A Seriyasının iyunun 13-də qaldığı yerdən davam edəcəyi açıqlanıb.