21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Nurmaqomedovun atası komaya düşdü - Makqreqordan DƏSTƏK

14.05.2020

Nurmaqomedovun atası komaya düşdü - Makqreqor dəstək çıxdı
UFC-nin yüngül çəkidə mütləq çempionu Həbib Nurmaqomedovun atası və məşqçisi Abdulmanap Nurmaqomedov komaya düşüb.
Bu barədə "Sport-Express" məlumat yayıb.
"Abdulmanapın vəziyyəti çox pisdir, komadadır",- deyə məlumatda qeyd olunur.
Bildirilir ki, Həbib Nurmaqomedovun atasının Dağıstanda səhv müalicədən sonra səhhəti pisləşib.
Xatırladaq ki, 25 aprel bazar ertəsi günü Həbibin atası sətəlcəm xəstəliyinə tutulub. Mayın 5-də Abdulmanap Nurmaqomedov Mahaçqaladan Moskvadakı hərbi xəstəxanalardan birinə təcili aparılıb.
Bu arada irland döyüşçü Konor Makqreqor Abdulmanap Nurmaqomedovun xəstəliyi ilə əlaqədar Həbib Nurmaqomedov və ailəsinə dəstək çıxıb: "Abdulmanap Nurmaqomedovun sağalması üçün dua edirəm. Bu şəxs bütün güləş növləri üzrə düşündüyümüzdən daha çox dünya çempionu yetişdirib, o, əsl dahidir. Bu xəbərdən çox kədərləndim. Bu çətin gündə Nurmaqomedov ailəsi üçün dua edirəm".