Bakıda 12 yaşlı uşaq qarət edildi
14.05.2020
Bakıda azyaşlı uşaq küçədə qarət edilib.
Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunun Molla Cümə küçəsində baş verib.
2008-ci il təvəllüdlü V.Mikayılov küçədə naməlum şəxsin hücumuna məruz qalıb. O, azyaşlını hədələyərək cibindən mobil telefonunu götürüb və hadisə yerindən qaçıb.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Naftalan rayon sakini, 2002-ci il təvəllüdlü B.Məmmədov saxlanılıb.
Saxlanılan şəxslə bağlı aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 21-də Bakı şəhər sakini B.Əzizova məxsus, Nərimanov rayonunun Ə.Vahid küçəsində yerləşən mağazanın kassasından pul oğurladığı da müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.