Azərbaycanın aqrar məhsulları hansı ölkələrə ixrac edilir?
13.05.2020
Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracında problem yoxdur. Ölkənin aqrar məhsulları daxili bazara yönləndirilir, əsas daxili tələbat ödənilir
Bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.
"İxrac prosesi aparılır. Artıq Cəlilabadda faraş kartofun yığımı ən pik həddə çatıb. Hazırda Rusiya, Ukrayna bazarlarına faraş kartofu ixrac edilir. Ötən həftə Bərdə və Tərtərdə olduq. Həmin regionalarda faraş soğan yığımı prosesi ilə tanış olduq. Ordan da təkcə ənənəvi bazarlara deyil, yeni bazarlara da ixrac edilir. Polşa, Qazaxıstana, ərəb ölkələrinə soğanın ixracı başlayıb. Hal-hazırda çiyələk yığımı həyata keçirilir. İstixana şəraitində olan çiyələyin Qazaxıstana, Rusiyaya ixrac edilir. Son iki həftənin prosesi göstərir ki, kənd təsərrüfatı məhsullarının ixracında heç bir problem yaşanmayıb", - V.Hüseynov qeyd edib.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1,4 mlrd manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,8% çoxdur.