Türkiyədə Afrika istiləri gözlənilir
13.05.2020
Mayın 14-dən etibarən Türkiyə ərazisində Şimali Afrikadan gələn isti hava kütləsinin təsiri gözlənilir.
Bu barədə ölkənin Hidrometeorologiya İdarəsindən bildirilib.
Ölkə ərazisində ən yüksək temperaturun (38 ) mayın 17-də Antalya şəhərində olacağı proqnozlaşdırılır ki, bu da 1945-ci ildən həmin gün üçün ən yüksək göstəricidir.
Ümumiyyətlə, bu həftə sonu Antalya, İsparta, Burdur və Muğla şəhərlərində havanın temperaturunun maksimuma yüksəlməsi, mövsüm normalarından 10-12 dərəcə yüksək olması gözlənilir.
Mütəxəssislər bu, anormal hava şəraitinin iki həftə davam edəcəyini bildirirlər.