11 04 2025-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

"Fəxr etsinlər ki, paltarlarımı geyinirlər" - Ədalət

13.05.2020

"Karantində bağda da, evdə də çoxlu iş gördüm. Dolablarda lazımsız əşyalar, geyimlər var idi. Bir az təmizləmə işləri apardım. Başımı karantində bu işlərlə qatdım”.
Dövran Media xəbər verir ki, bunu Əməkdar artist Ədalət Şükürov "Xəzər” telekanalında yayımlanan "5/5” axşam şousunda deyib.
Sənətçi geyinmədiyi paltarlarını qohumlarına verdiyini açıqlayıb:
"Həyat yoldaşım geyinmədiyim paltarlarımı ütüləyir, səliqəli şəkildə yığır. Mən də onları dostlarıma verirəm. Qoy, onlar fəxr etsinlər ki, mənim paltarlarımı geyinirlər. Yaxşı adamın paltarını geyinəndə özün də yaxşı olursan.
Elə müğənnilər tanıyıram ki, öz paltarlarını heç kimə vermir, saxlayır”./oxu.az/