03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bu şəxslərin hüquqlarını pozanlar cərimələnəcəklər

13.05.2020

Əlilliyi olan şəxslərin hüquqlarının pozulmasına görə inzibati cəzalar müəyyənləşir.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 205-ci maddəsinə əlavə təklif edilir.
Təklif edilən 205.1-ci maddəyə əsasən, əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyi pozanlar 300 manatdan 500 manatadək məbləğdə cərimələnəcək.
Qanun layihəsində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin yaşadığı fərdi evlərin onlar üçün uyğunlaşdırılması ilə bağlı xərclərin təqsirkar hüquqi və fiziki şəxslər, dövlət orqanları tərəfindən ödənilməməsinə görə də cərimə nəzərdə tutulur.
Bu hallara görə cərimənin məbləği isə 500 manatdan 1000 manatadəkdir.
Qanun layihəsi Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.