Nazirdən "plyonka" ilə bağlı VACİB GÖSTƏRİŞ
12.05.2020
Avtomobillərə vurulan "plyonka" ilə bağlı yeni problem ortaya çıxıb.
Bu günlərdə bütün şüşələri tünd "plyonka" ilə örtülmüş avtomobil Daxili İşlər Naziri Vilayət Eyvazovun qarşısına çıxıb. Hətta ön şüşəsinə belə "plyonka" vurulmuş avtomobil ilə maraqlanan nazir sürücünün polis əməkdaşı olduğunu öyrənib.
Bundan sonra isə Vilayət Eyvazov bütün polislərin şəxsi avtomobillərindən ümumiyyətlə "plyonka"nı sökməsi ilə bağlı göstəriş verib.
Hazırda polislər şəxsi maşınlarından "plyonka"ları sökür.