Bu, məsuliyyətsizlikdir, zərəri isə onlar çəkir... - VİDEO
12.05.2020
Şəxsi obyekti təhlükəli şəkildə işlətmək məsuliyyətsizlikdir.
Dövran Media Real TV-yə istinadən xəbər verir ki, bu gecə Binəqədi rayonundakı "Avrohom" (EuroHome) tikinti materialları bazarındakı yanğın baş vermiş əraziyə gələn Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bildirib.
"Obyekin tam təmiri bitməmiş, tərəfimizdən və yerli icra hakimiyyəti tərəfindən qəbul olunmamış buraya yenidən mallar qəbul ediblər. İstintaq bu hadisəni müəyyənləşdirəcək. Onlara xəbərdarlıq edəcəyik. Cərimələr yazılıb və hüquq-mühafizə orqanlarına göndərilib. Şəxsi obyekti təhlükəli şəkildə işlətmək məsuliyyətsizlikdir. Bunun nəticəsində əsas zərər çəkən elə sahibkarlar olur", - nazir qeyd edib.