Bakı şəhərinin Binəqədi rayonunda "Avrohom" (EuroHome) tikinti materialları bazarı ərazisində yanğın başlayıb.
Dövran Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri artıq hadisə yerindədir.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Qeyd edək ki, 10 dekabr 2019-cu ildə sözügedən bazarda güclü yanğın baş vermişdi.
***
Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.