Gürcüstanda daha bir nəfər koronavirusdan ölüb
11.05.2020
Gürcüstanda daha bir nəfər koronavirusdan ölüb. Bununla da ölkədə COVİD-19 virusundan ölənlərin sayı 11 nəfərə çatıb.
Bu barədə Gürcüstan hökumətinin rəsmi stopcov.ge saytında məlumat yerləşdirilib.
Bildirilir ki, hazırda ölkədə 638 nəfər koronavirusa yoluxma faktı qeydə alınıb. Onlardan 72-si həkimdir.
Bu günədək 317 nəfər koronavirusdan müalicə olunub.
Hazırda ölkədə 4896 nəfər karantində, 444 nəfər isə stasionar nəzarətdə saxlanılır.