21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Təklif: Göydələnlərə dövlət xadimlərinin adı verilsin

11.05.2020

İllərdir Bakıda çoxmərtəbəli binalar ünvanla deyil, onu inşa edən MTK və ya MMC-nin adı ilə adlandırılır.
Bu barədə daşınmaz əmlak eksperti Elnur Fərzəliyev danışıb.
Ekspertin sözlərinə görə, çoxlu sakinin yaşadığı göydələn kompleksinə ad verilməsi zamanı artıq çatıb:
"Ölkədə 2000-dən artıq yeni tikili çoxmənzilli yaşayış binası mövcuddur. Əksər yeni tikili binalarda yaşayan sakinlərin sayı böyük kəndlər və qəsəbələrin əhalisi qədərdir. Yəni, hər bina bir kənd, bir qəsəbədir. Bu cür yaşayış ərazilərinə adlar verilməli, ünvan kimi də həmin adla tanınmalıdır. Təklif edirəm ki, göydələnlərə dövlətimizə və xalqımıza fayda vermiş insanların adı verilsin.Binaların girişində kiçik lövhələrdə onlar haqda qısa məlumat da yazılsın. Bu cür təşəbbüs gerçəkləşərsə, ölkə üçün faydalı insanların adlarını həm əbədiləşdirmək olar, həm də binaların ünvanı MTK və ya MMC deyil, konkret şəxs adı ilə qeydə alınar”.