İran öz gəmisini vurdu: ölənlər var
11.05.2020
İran Hərbi Dəniz Qüvvələrinə aid "Jamaran” döyüş gəmisi təlim zamanı səhvən "Konarak” köməkçi gəmisini vurub.
Bu barədə İran Hərbi Dəniz Qüvvələri rəsmi məlumat yayıb.
Bildirilir ki, hadisə Fars körfəzində baş verib.
Hadisə zamanı ən azı bir hərbçi həlak olub, bir neçəsi isə xəsarət alıb. Məsələ ilə bağlı araşdırma davam etdirilir.
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusuna aid "Cavan” qəzetinin əməkdaşı Vahid Hacipur sosial şəbəkə hesabında hadisə zamanı 40 hərbçinin öldüyünü iddia edib.