Belarusda koronavirusdan 131 nəfər həyatını itirib
10.05.2020
Belarusda koronavirusa yoluxan xəstələrin sayı 23 minə yaxınlaşıb.
Belarus Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, hazırda ölkədə koronavirusa yoluxanların sayı 22 min 973 nəfərdir. Onlardan 6 min 406 nəfəri tam sağalaraq evə buraxılıb, 131 nəfər isə həyatını itirib.
İndiyədək Belarusda koronavirusla bağlı 263 mindən artıq test aparılıb. Testlərin aparılması üçün ölkədə 25 laboratoriya fəaliyyət göstərir.