Saakaşvili: Ukraynada antielita inqilabına ehtiyac var
09.05.2020
Ukraynadakı bütün reform cəhdləri heç nəyə gətirib çıxarmayıb.
Bunu Ukrayna Milli Reform Mərkəzinin İcraiyyə Komitəsinin rəhbəri Mixail Saakaşvili deyib. O, regionlarda hələ də korrupsionerlərin çoxluq təşkil etdiyini bildirib. Saakaşvili Ukraynada antibürokratik, antielita inqilabının baş verməsi gərəkdiyini söyləyib:
"Bizim hazırkı situasiyadan qaçmağımız üçün bir neçə ayımız var. Qocaman təcrübəli peşəkarları dinləməyimiz doğru olardı”.