Metrodan istifadədə bu məhdudiyyətlər olacaq - RƏSMİ
08.05.2020
"Koronavirus pandemiyası dövründə "Bakı Metropoliteni” 29 milyon sərnişin itirib”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynov bildirib.
"Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov isə bildirib ki, metrodan çıxışlarda məhdudiyyət olmayacaq:
"Girişlərdə məhdudiyyət var. Bu, sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə edilib. Pandemiya dövründə bunlara baxılacaq”.