21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

BİZ anlayışı - Şəhla Zeynallı TƏQDİM EDİR

08.05.2020


BİZ! Bu anlayışı geniş mənada cəmiyyət kimi, həm də bunun daxilində kiçik qruplar formasında görə bilərik. Sözsüz ki, ikinci formada münasibətlər daha sıxdır. Bəs nədir insanın özünü hansısa cəmiyyətə, qrupa aid edərək "biz” deməsi? Bu sözü anlayaraq, istəyərək deyirik, yoxsa, bu başqaları tərəfindən bizə yeridilmiş düşüncədir?


Yuxarıda qeyd olunan formaların hər ikisi cəmiyyətdə mövcud ola bilər. Ümumən insan dünyaya gəldikdə anası ilə sıx münasibətdə olur və buradan belə nəticə çıxır ki, ilk "biz” anlayışı ana ilə övlad arasında yaranır. Daha sonra bu ikiliyə ata qoşulur və uşaq üçün ailə yaranır və paralel olaraq "biz” anlayışı. Hər bir ailənin özünün qayda-qanunları, rejimi, münasibət formaları var. Buna görə də hər uşağın "ailə”-si fərqli və xüsusidir. Sözsüz ki, qeyd etdiklərim "ideal” inkişaf formalarına aiddir (digər formaları irəliləyən vaxtlarda müzakirə edə bilərik). Uşaq böyüdükcə bağça, məktəb və digər sosial məkanlarda kiçik qruplara daxil olur və hər birində onun "yeni biz” anlayışı yaranır. Mənə görə bu "biz”-lər daimi olaraq dəyişir. İnsan yetkinliyə çatdıqca daha sabit "biz” anlayışı formalaşır. Çünki şəxsiyyət olaraq inkişaf etdikcə istəklər, qərarlar, hədəflər sabitləşir.

Digər tərəfdən isə insan daimi olaraq tək qalmağa, bağlılığı olmadan daha azad olmağa can atır. Lakin ya quruluş (insan orqanizmində elə bir sistem yoxdur ki, biri digərinə təsir etməsin), ya də hələ ana bətnindəykən ana ilə keçirtdiyi birgə həyat səbəbi ilə insanın tam azadlığı mümkün olmur və o daimi olaraq "harasa, kiməsə” aid olmağa başlayır. Bəzən cəmiyyətin fikirlərini, bəzən isə ən yaxın ətrafının düşüncələrini mənimsəyir, özününküləşdirir. Hətta bəzən özü də fərqində olmadan aid olduğu millət, ölkə, ailə, qrup və s. haqqında danışdıqda "biz” sözündən istifadə edir.
Bəs sizcə insanın həm uşaqlıqda, həm yetkinlikdə "biz”-ə mənsub olmağı vacibdirmi?

Şəhla Zeynallı,
"Bizimkilər"dən