NATO-ya daxil olmağı planlaşdırmırıq - İsveç
26.05.2018
İsveç indiki hökumətin zamanında NATO-ya daxil olmağı planlaşdırmır.
"Dövran Media" xəbər verir ki, bunu TASS agentliyinə açıqlamasında İsveçin Rusiyadakı səfiri Peter Erikson deyib.
"Biz NATO ilə əməkdaşlıq edirik, amma indiki hökumətin zamanın NATO-ya daxil olmağı planlaşdırmırıq. Yeni hökumətin nə cür addım atacağı 9 sentyabrdakı parlament seçkisindən sonra bəlli olacaq” – deyə o bildirib.