NATO-nun hərbi təlimləri ləğv olunub
08.05.2020
NATO və Gürcüstanın hərbi gəmilərinin Qara dənizdə may ayında nəzərdə tutulan hərbi təlimləri ləğv olunub.
Təlimlərdə iştirak etmək üçün NATO-nun tərkibindəki İtaliyanın "Its Vrginio Fasan”, Kanadanın "HMCS Frederiction”, Rumıniyanın "Ros Regina Maria”, Bolqarıstanın "BGS Verni” gəmiləri, həmçinin Türkiyənin "TCG Salihreis” gəmisi Gürcüstanın Poti limanındadırlar.
Qara dənizin Gürcüstan sularına daxil olmaqda məqsəd Gürcüstanın Sahil Mühafizəsi Xidməti ilə birgə hərbi təlim keçmək idi. Təlimlərin məqsədi Gürcüstanın dəniz qüvvələri və NATO arasında qarşılıqlı əlaqələrin və uyğunluq səviyyəsinin artırılmasıdır.
Bildirilir ki, COVID-19 pandemiyasına görə təlim çərçivəsində görüşlər videokonfrans formatında keçirilir.
Lakin təlimlərin bu cür keçirilməsi məqsədəuyğun hesab olunmayıb və təxirə salınıb.