Dünən ölkəmizdə yoluxma üzrə 6120 test aparılıb
08.05.2020
Mayın 7-də Azərbaycanda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə 6120 test aparılıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, indiyədək ölkəmizdə aparılan testlərin sayı 175 min 910-a çatıb.
Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 625 nəfədir. Xəstələrdən 25-i reanimasiyadadır ki, onlardan da 12-si süni tənəffüs aparatına qoşulub.
Xatırladaq ki, indiyədək Azərbaycanda 2204 nəfər koronavirusa yoluxub. Onlardan 1551-i müalicə olunaraq sağalıb, 28-i vəfat edib. Mayın 7-də koronavirusa 77 yoluxma faktı qeydə alınıb. Həmçinin 15 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.