Dünən Türkiyədə 4782 xəstə sağalıb
08.05.2020
Türkiyə hökuməti yeni növ koronavirus infeksiyasına qarşı təsirli tədbirlərini davam etdirir. Mayın 7-də ölkə üzrə 30 min 395 nəfər üzərində test aparılıb. Onlardan 1977 nəfərində virus aşkarlanıb.
Bu barədə son rəqəmləri nazir Fahrettin Koca sosial şəbəkədə paylaşıb. Bildirilir ki, gün ərzində 4782 nəfər sağalıb, 57 nəfər dünyasını dəyişib. Bununla da, ölkə üzrə sağalanların sayı 82 min 984 nəfərə çatıb. Bu vaxtadək 1 milyon 265 min 119 nəfər testdən keçirilib. Hazırda 1260 xəstə reanimasiyada, 665 nəfər süni nəfəs aparatına qoşulmuş haldadır.
Qeyd edək ki, Türkiyədə COVID-19 pandemiyası ilə mübarizədə tətbiq olunan qadağalar mərhələli şəkildə yumşaldılır. Əhaliyə sosial təcrid, təmizlik və digər qaydalara əməl edilməyəcəyi təqdirdə infeksiyanın yayılma riskinin yenidən artacağı barədə xəbərdarlıq edilib.