Tehranda zəlzələ
08.05.2020
İranın Tehran və Mazandaran əyalətlərində 5,1 bal gücündə zəlzələ olub.
Bu barədə İranın seysmoloji xidməti məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 00:48-də qeydə alınıb. Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.