Ərdoğandan dollarla bağlı ÇAĞIRIŞ
26.05.2018
Ərdoğan Rusiyanın Türkiyəyə 1 milyard dollar təzminat ödəcəyini deyib.
"Dövran Media" Türkiyə KİV-nə istinadən xəbər verir kİ, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçki kompaniyası çərçivəsində Ərzurum şəhərində mitinq keçirib. Ərdoğan seçicilərlə görüşü zamanı bildirib ki, Rusiyadan "Mavi axın” və " Qərb” xəttindən alınan qaz qiymətlərinə üç il əvvəl endirim tələb edilib. Ancaq tələb yerinə yetirilməyib.
Bundan sonra rəsmi Ankara Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib. Tərəflər arasında uzun müzakirələr nəticəsində 2015-2016-cı illərdə təbii qazda 10,25% endirim olunması ilə bağlı razılığa gəlinib. Nəticədə Rusiya Türkiyəyə 1 milyard dollar təzminat ödəməlidir.
Rəcəb Tayyib Ərdoğan mitinq zamanı Türkiyə xalqına avro və dollardan istifadə etməməyi məsləhət görüb. Belə ki, Ərdoğan əhalini xarici valyutalarını türk lirəsinə dəyişməyə çağırıb.