Kiyevin Kadırova sanksiyasına gözlənilməz reaksiya
26.05.2018
Qərbin və Ukraynanın sanksiyaları rusiyalıların qardaş Ukrayna xalqına münasibətinə təsir etməyəcək.
"Dövran Media" xəbər verir ki, bu sözləri özünün Vkontakte sosial şəbəkəsində Çeçenistan parlamentinin spikeri Maqomed Daudov paylaşıb.
"Bizim ölkələrimizi çoxəsrlik tarix bir-birinə bağlayır. Biz imkan verməyəcəyik ki, bir balaca siyasi zibil bu tarixi öz sahiblərinin xeyrinə yazsın. Qərbin təyin etdiyi marionetlər Ukraynanı idarə edir”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Ukrayna Çeçenistana qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar siyahısına Çeçenistan lideri Ramzan Kadırov da düşüb.